ABŞ nümayəndəsindən PKK açıqlaması

Baxış sayı:
4516

ABŞ prezidentinin Suriyadakı xüsusi nümayəndəsi Ceyms Cefri Vaşinqton mərkəzli Atlantika Şurasında "ABŞ-ın Suriya siyasətinin gələcəyi" adlı paneldə ABŞ ilə terror təşkilatı YPG/PKK arasındakı münasibətləri qiymətləndirib.
 
 ABŞ ilə təşkilat arasında əlaqənin "daimi" olmadığını deyən Cefri, YPG/PKK-nın Suriya siyasi quruluşunun bir parçası olması lazım olduğunu irəli sürüb.
 
PKK-ya "HİZBULLAH" BƏNZƏTMƏSİ
 
Suriyanın şimal-şərqinə yönəlikı hər hansı bir hərəkatın "pis bir fikir" olduğunu bildirən Cefri, digər tərəfdən, Türkiyənin YPG/PKK mövzusundakı qayğılarını anladıqlarını deyib:
“İsrailin sərhədindəki “Hizbullah”ı özünə təhdid olaraq gördüyü kimi, Səudiyyə sərhədlərindəki Husiləri özlərinə təhdid olaraq gördüyü kimi, Türkiyə də PYD-ni ən azından özləri üçün potensial bir təhdid olaraq görürlər. Bunu nəzərə almalıyıq, alırıq və Türklərlə bu barədə çalışırıq".
 
CEFRİ-DƏN PEŞMƏRGƏ QİYMƏTLƏNDİRMƏSİ
 
Digər tərəfdən, Cefri dünən təxminən 100 Peşmərgənin İraqdan Suriyaya keçdiyinə dair bir suala da cavab verib və Peşmərgələrin ABŞ və SDG adını istifadə edən YPG/PKK-nın məlumatı daxilində sərhədi keçdiyini qeyd edib.
Müxalifət.az