ABŞ-ın nümayəndə heyəti ANKARADA: GÜNDƏM MÜNBİÇ!

Baxış sayı:
4516

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü, işçi qrupunun toplantısı üçün ABŞ-dan bir nümayəndə heyətinin Ankaraya gəldiyini söyləyib. Toplantının gündəliyi Münbiç olacaq.
 
Türkiyə XİN sözçüsü, ABŞ nümayəndə heyətinin işçi qrupunun toplantısı üçün gəldiyini və toplantının əsas müzakirə mövzusunun Münbiç olacağını deyib.
XİN sözçüsü Hamid Aksoy, Türkiyənin ABŞ-dan F-35 döyüş təyyarələrini almaq üçün bütün zəruri şərtləri yerinə yetirdiyini söyləyib və bütün tərəflərin öz öhdəliklərinə riayət etməsinin lazım olduğunu bildirib.
Aksoy, Patriot hava müdafiə sistemləri üçün isə ABŞ ilə danışıqların davam etdiyini bildirib.
Müxalifət.az