ABŞ neft şirkətlərinin Xəzərdən çəkilməsi Bakını çətin duruma salır - TƏHLİL

Baxış sayı:
9883

Fevralın 19-da Petroleum Economist saytında Ceyms Qavinin ABŞ neft şirkətlərinin Xəzərdən çəkilməsi Bakını çətin vəziyyətə salıradlı məqalə dərc olunub. ​Məqalədə Chevron və ExxonMobil şirkətlərinin Azərbaycanı tərk etməsindən sonra ölkənin yeni sərmayelər cəlb etmək imkanlarının məhdudlaşacağından bəhs edilir.
 
"Ötən iyul Şah Dəniz-2 yatağından Türkiyəyə kommersiya məqsədli qaz təchizatının başlaması ilə Azərbaycanın hidrokarbon sektorunda nikbinlik yarandı. Lakin 2018-ci il mənfi xəbərlərlə baş çatdı. Belə ki, Chevron və ExxonMobil-in Xəzər Dənizindəki ən böyük Azəri-Çıraq-Günəşli neft yatağından çəkilməyi planlaşdırdığını açıqladı. Bu iki böyük şirkətin ölkədən getməsi Azərbaycan höküməti üçün çətin vaxta təsadüf edib. Bakı neft axtarışı və istehsalına sərməye axınını qoruyub saxlamalıdır - xüsusilə də Xəzər regionunda siyasi riskin artdığı bir vaxt. Buna səbəb isə ABŞ prezidenti Donald Trampın qonşu İrana qarşı sərt sanksiyaların tətbiq olunmasıdır," yazıda deyilir.
 
Qavin bildirir ki, Chevron Azəri-Çıraq-Günəşlidəki 9.57 faizlik payını və Bakı-Tbilisi-Ceyhan boru neft kəmərindəki 8.9 faizlik payını satmaq istəyir. ExxonMobil isə Azəri-Çıraq-Günəşlidəki 6.8 fazilik payını satır. Bu, dövlət neft şirkəti Socar-ı Azəri-Çıraq-Günəşli neft yatağına gələcək xarici sərmayelərin davam etməsi üçün BP-dən çox asılı vəziyyətə salır. "Ölkənin maye hasilatının 80 faizi Azəri-Çıraq-Günəşli neft yatağından gəlir."
 
Kommersiya prioritetləri
 
Yazıda deyilənə görə, ölkəni tərk etmək qərarları siyasi riskdən çox kommersiya məqsədəuyğunluğuna əsaslanır. Chevron Petroleum Economist-ə verdiyi açıqlamada Chevronun Azərbaycanın Azəri-Çıraq-Günəşli və Bakı-Tbilisi-Ceylan layihələrindəki payını satmağı planlaşdırdığını təsdiq edib. Şirkət bildirib ki, bu qərar onların qlobal aktiv portfoliosunu uzun-müddətli prioritetlərinə uyğunlaşdırmaq planının bir hissəsidir.
 
Britaniyada qərargahlanan "bp" neft şirkəti Azərbaycandakı neft hasilatında aparıcı rol oynamaqda davam edir.
"ExxonMobil isə yanvarın ortalarınadək ölkədən gedişi ilə bağlı şərh verməli idi. Dekabr ayının əvvəlində Reuters-da dərc olunan məqalədə sənaye mənbəlirə istinadən yazılmışdı ki, şirkət payını sataraq 2 milyard dollar əldə etməyi ümid edir. ExxonMobil bu cür məsələlərdə bağlı nadir hallarda şərh verir", məqalədə deyilir.
 
Petroleum Economist-in məlumatına görə, BP 30.4 faiz paya sahibdir və Socar ilə başqa sazişləri də var. Bu isə o deməkdir ki, Xəzər ərazisi şirkət əməliyyatlarının mühüm hissəsini təşkil edir.
 
"Lakin ABŞ şirkətləri üçün Azərbaycandakı neft yataqlarının perspektivləri zəifləyib, çünki hasilat pik həddini keçib, istehsalın daha da sürətli azalmasının qarşısını almaq üçün isə daha çox kapital tələb olunur.
 
Azəri-Çıraq-Günəşli yatağının təxminən 6 milyard barel ehtiyatı var, onun 3.5 milyardı 1997-ci ildə layihə başlayandan bəri hasil olunub. 2018-ci ilin ilk üç rübübdə orta hasilat gündəlik 588 min barel olub", yazıda bildirilir.
 
IHS Markit-in enerji sektoru üzrə təhlilçisi Filip Ueber isə Petroleum Economist-ə bildirib ki, pik hasilatın 2010-cü ildə gündəlik 1 milyon barelə çatacağı gözlənilsə də, bu baş vermədi. Onlar neft hasilatını qorumaq üçün yatağa yeridilən qazı kəskin artırdı ki, bu, xərclərin artmasına səbəb oldu və bunun da hər iki şirkətin hasilatın pay bölgüsü sazişini yeniləyəndən sonra paylarını satmaq kimi qərar verməsinə gətirib çıxarıb.
 
Azəri-Çıraq-Günəşli layihəsinin hasilatın bay bölgüsü sazişi 2017-ci ilin sentybar ayında 2049-cu ilədək uzadılıb.
 
Sərmaye çətinliyi
 

Qavin yazır ki, ABŞ-ın iki böyük neft şirkətinin payları BP-dən xeyli az olsa da, onların layihələrdən geri çəkilməsi Bakı üçün böyük zərbə olacaq. "ExxonMobil və Chevron keşmiş Sovet respublikasına 1990-cu illərin əvvəlində müstəqil neft və qaz sənayesi inkişaf etdirməyə böyük yardım göstərib. Həmin vaxt 1994-cü ildə əldə olunan Azəri-Çıraq-Günəşli razılığı “əsrin sazişi” olaraq qiymətləndirilmişdi və Avropaya təchizatçılarını diversifikasiya etməyə yardım edəcəyi gözlənilirdi".
 
Onun sözlərinə görə isə indi bu şirkətlər olmadan Azərbaycandakı neft yataqlarına yeni sərmayelər cəlb etmək çətinləşəcək.
 
Xarici neft-qaz şirkətlərinin iştirakçıları olduqları regional enerji layihələri Azərbaycanın dövlət gəlirlərini xeyli artırıb.
"Ölkənin uzun-müddətli layihələrlə bağlı böyük planları var və bu planlar yeni sərmayeler tələb edəcək. Lakin bu iki ABŞ şirkətinin qərarı yeni sərmayeləri cəlb etməyi çətinləşdirir", deyə Avrasiya İnkişafı Ekspert Mərkəzinin konsultantı Stanislav Pritçin bildirib. Xəzərin dərin hissələrində kəşfiyyat-qazma işləri aparmaq üçün təcrübəsi və ya kapitalı olanlar çox azdır, Socar-ın öz təcrübəsi də məhduddur," o əlavə edib. Lakin Qavinin sözlərinə görə, hələ ki, hər şey itirilməyib.
 
"BP 2018-ci ilin ilk üç rübündə Azəri-Çıraq-Günəşlidəki əməliyyatlara 1 milyard dollardan çox pul xərcləyib." BP-nin sözçüsü Petroleum Economist-ə bildirib ki, şirkətin sazişlə bağlı mövqeyində dəyişiklik olmayıb, onlar ölkədə 2040-cı illərin sonunadək fəaliyyət göstərməyi planlaşdırır.
 
"Azərbaycan bizim üçün mühümdür və təkcə Azəri-Çıraq-Günəşli və ya Bakı-Tbilisi-Ceyhan boru kəməri səbəbilə deyil, həm də Şah Dəniz-2 layihəsi və artıq baş çatan Cənub Qaz Dəhliz boru kəmərinə görə,” sözçü deyib.
 
Məqalədə bildirilir ki, Birləşmiş Krallıqda qərargahlanan şirkətin fəaliyyətini davam etdirməsi Bakıda xoş qarşılanır. Lakin azalan neft ehtiyatlarına digər Qərb şirkətlərini cəlb etmək böyük əmək tələb edəcək.