ABŞ ən güclü silahının yeni sınağını keçirdi

ABŞ Hərbi Dəniz Qüvvələri səsdən yeddi dəfə sürətli olan elektromaqnit silahının laboratoriya şəraitindəki sınaqlarını başa çatdırıb.
 
Bu barədə informasiyanı ABŞ Hərbi Dəniz Qüvvələrinin Elmi Tədqiqat İdarəsi yayıb. İdarə hazırda bu silahın Virciniya ştatındakı poliqonda sınaqlara hazırlandığını bildirib. Vaşinqton bu silahın atış templərini daha da artırmaq istədiyini bəyan edib.
Qeyd edək ki, ABŞ artıq bir neçə ildir elektromaqnit silahın hazırlığını davam etdirir. Bu silahın hazırlanması ilə “General Atomics” və “BAE Sistems” şirkətləri məşğul olur.