ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi

Baxış sayı:
4691

ABŞ ordusuna məxsus strateji kəşfiyyat aparatı (PUA) Qara dəniz üzərində və Krım sahillərində uçuş həyata keçirib.

Bu barədə “Planradar” məlumat yayıb.

İtaliyadakı aviabazadan qalxan “Qlobal Hauk” adlı aparat Donbas xəttində monitorinq keçirərək Rusiya sərhədinə yaxınlaşıb.

Qeyd edək ki, ABŞ və NATO-ya məxsus uçuş aparatlarının müntəzəm olaraq Rusiya sərhədlərində uçması barədə məlumatlar yayılır.