ABŞ: Müxalifət aşağı palatanı ələ alır

Baxış sayı:
583

ABŞ Konqresinə noyabrın 6-da keçirilmiş seçkilərin ilkin nəticələrinə novator.az nəzər salıb. Son məlumata görə, müxalif Demokratlar Partiyası 435 yerlik Nümayəndələr Palatasına 223 mandat əldə edir. İcra hakimiyyəti əlində olan Respublikaçılar Partiyası 197 yer götürür.

35 üzvü seçilən 100 yerlik yuxarı palatada – Senatda respublikaçılar 51, demokratlar 46 yerə sahib olur.

Səslərin hesablanması hələ bitməyib.

2017-ci ilin yanvarından prezident kürsüsündə Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp oturur.