​ABŞ mütəxəssisləri kimyəvi hücumu təsdiqlədi

Baxış sayı:
3679

Suriyanın Duma bölgəsində kimyəvi silahın tətbiq edildiyi təsdiqləndi.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın MNBSC portalı məlumat yayıb.
Bildirilib ki, amerikalı mütəxəssislərin qan analizindən aldığı nümunələrdə kimyəvi silahdan istifadə dəqiqləşib.
Tətbiq edilən kimyəvi silahın xlor qazı və sinir iflicedici qaz olduğu deyilib.
Qeyd edək ki, ötən gün Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri də Dumada kimyəvi silah tətbiq edildiyini təsdiqləmişdi.