​ABŞ müttəfiqlərini bombardman etdi: 6 ölü, 15 yaralı

Baxış sayı:
6232

ABŞ-ın Hərbi Hava Qüvvələri Suriyanın Deyr-ez-Zor əyalətində PYD (PKK terror qruplaşmasının Suriya qolu –red.) güclərinə səhvən aviazərbələr endirib.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda hərbi-diplomatik mənbə bildirib.
Nəticədə 6 döyüşçü həlak olub, daha 15-i yaralanıb. Bombardmanda iki “F-15” qırıcısı iştirak edirdi.
Qeyd edək ki, PYD Suriyada ABŞ-ın əsas müttəfiqi hesab edilir.