ABŞ-ın “müstəmləkə valisi” yenə İRAQDA PEYDA OLDU

Baxış sayı:
3682

ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi sifətilə PKK-nın yüksək idarəçiliyini edən Brett Makgurk, seçkilərin yaxınlaşdığı İraqda yenidən peyda olub. Keçmiş deputat Bayatlı, Makgurkün təmaslarını "yeni fitnə toxumları səpir” şəklində şərh edib.
 
Suriyadakı terror dəhlizinin bir nömrəli şəxsi Brett Makgurk yeni vəzifələr üçün İraqdadır. ABŞ-ın İŞİD-la mübarizə üzrə xüsusi nümayəndəsi sifətilə Suriyaya göndərdiyi Makgurk illərdir PKK/PYD-nin üst  ağlı olaraq idarəçiliyini edir. Götürdüyü missiya çərçivəsində Ərbil, Süleymaniyyə, Bağdad və Mosulda bir sıra görüşlər keçirən Makgurkün regiona son səfəri, İraqda mayın 12-də keçiriləcək həlledici seçkilər öncəsi yeni bir fitnə prosesinin başlanğıcı kimi qiymətləndirilir. Makgurkün danışıqlarını şərh edən İraqın keçmiş deputatı Fayha Bayatlı, "Makgurkün fəaliyyətləri qeyri-sabitliyi dərinləşdirərkən bölgəyə də fitnə toxumları səpir" - deyib. Bayatlı, bu məlumatları verib:
 
SANDIQDA ABŞ ƏLİ VAR
 
“ABŞ və Avropa ölkələri İraqda daim xaos və qarışıqlıq istəyirlər. Bölgənin qeyri-sabit olmasından hamısı da mənfəət götürür. ABŞ-ın əli bizim seçki sandığımızın içərisindədir. Seçkiyə bir ay qalmış müstəmləkə valisi Brett Makgurkün regionda artan görüş tranziti təhlükəli bir hadisədir. İraq Mərkəzi Hökuməti, xüsusilə Kərkük və Mosul məsələsində bir sıra qərarlar aldı və hərbi, siyasi, iqtisadi addımlar atdı. ABŞ və Qərb blokunun bu vəziyyətdən çox narahat olduğunu bilirik. Suriyanı qarışdıran Makgurkün seçkiyə az qalmış İraqa intensiv səfəri diqqətə dəyər bir vəziyyətdir".
 
YENİ KÜRDÜSTAN TƏZYİQİ?
 
Makgurkün görüşdüyü şəxslər İraqda ayrılığı, müharibə və Qərbin mənafeyini dəstəkləyən fiqurlardır. Qubad Tələbani, Neçirvan Bərzani və Haşdi Şabinin öndə gələn isimləri ilə bir sıra görüşlər keçirib. Bunlar İŞİD bəhanəsi ilə 2014-cü ildə qurulan çirkli əlaqələr şəbəkəsinin parçalarıdır. Suriyada parçalanmış xəritə və terrorun hökm sürdüyü bölgə layihəsi Makgurkun əli ilə həyata keçirilib. Bərzaninin 25 sentyabr məğlubiyyətindən sonra ABŞ, İngiltərə, Fransa rəhbərliyi altında yeni bir Kürdüstan layihəsinin tətbiq olunması ortaya çıxa bilər. Bu dəfə Bərzani, Tələbani, Qoran və digər Kürd qrupları bir araya gətirərək birgə mübarizə fonu təmin edəcəklər. Makgurkün təmaslarına bu planın ilk addımları kimi baxırıq. Region ölkələri, yerli ünsürlər birlik və diqqətlərini yayındırarsa, müstəqil Kürd dövləti layihəsi üçün yeni həmlələr gələcəkdir".
 
XARABALIĞA DÖNDƏRDİLƏR
 
İngiliislər 1918-ci ildə bu məkana gələn Türk düşmənçiliyi üzərindən işğallarına zəmin yaratdı. İndi bu ənənəni ABŞ davam etdirir. Ölkə böyük miqdarda xarabalığa döndü və İraqın təbii sərvətləri imperialist güclər tərəfindən istismar edilir. İstismar və qırğınların bir nömrəli günahkarı olan ABŞ, həm Kürdlər, həm də Ərəblər üzərindən eynilə İngilislərin etdiyi kimi, Türkiyə antipatiyası yaradaraq legitimlik qazanmaq istəyirlər. Makgurk, bu anlayışın son nümayəndəsi kimi fəaliyyət göstərir.
Müxalifət.az