​ABŞ müsəlmanları və türkləri Ərdoğanı gözləyir

Baxış sayı:
1294

ABŞ-dakı türk və müsəlman toplumu BMT-nin 73-cü sessiyasında iştirak üçün Nyu-Yorka səfər edəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yolunu gözləyir.
Ərdoğan ABŞ-a səfəri çərçivəsində ilk olaraq Türk-Amerika Komitəsi tərəfindən təşkil olunan tədbirə qatılacaq.
Artıq Türk-Amerika Komitəsi Bruklində keçiriləcək görüşlə bağlı hazırlıq işlərini yekunklaşdırıb.
Təşkilatın rəhbəri Hüseyn Əhməd bildirib ki, Ərdoğanın onlar üçün anlamı böyükdür: “Ərdoğan bütün dünyadakı müsəlmanlara dəstək olur. Suriya, İraq, Misir və Yəmən daxil olmaqla hər yerdə ədalətsizliyə qarşı çıxır”.
Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri sabah başlayacaq.