ABŞ-ın MÜƏMMALI TÜRKİYƏ SİYASƏTİ - Vaşinqtonda siyasi ağıl tutulması yaşanır

Baxış sayı:
3610

Türkiyə əleyhinə əhval-ruhiyyənin aşıb-daşan ABŞ Konqresi yeni dağıdıcı - bəsirətsiz addımlar atdı. Oktyabrın 29-da Türkiyəyə qarşı sanksiyalar haqqında qanun layihəsi ən çox dəstək aldığı Nümayəndələr Palatasında qəbul edildi. Bunun ardınca isə 11 dekabr çərşənbə günü Senatın Xarici Əlaqələr Komitəsi sanksiya layihəsini qəbul etdi. Vaşinqtonda, qanun layihəsinin yaxın günlərdə Senatdan keçəcəyi və Prezident Trampın masasına qoyulacağı gözlənilir. Hesab olunur ki, qanun Senatın gündəliyinə daxil edilərsə, səs çoxluğu ilə təsdiqlənəcək və bu, prezidentin veto etməsinə mane olacaq. Bu vəziyyətdə Tramp hansı variantı işə salacaq: qanun layihəsinin imzalanmasını təxirə salmaq ya Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə mübarizə qanunu (CAATSA) çərçivəsində 12 sanksiyadan ən azı 5-ni seçmək? Həm F-35, həm də CAATSA Bu qanun layihəsinin pərdəarxasında Türkiyənin Rusiyadan S-400 almasına və Suriyanın şimalında “Sülh mənbəyi” əməliyyatına reaksiya var. Amerika tərəfi hesab edir ki, S-400, beşinci nəsil ABŞ qırıcısının yeganə layihəsi olan F-35 sisteminin məxfi məlumatlarını açacaq və bununla da NATO-nun hava üstünlüyünə son qoyacaq. Ancaq Ankara müttəfiqlərindən belə bir sistemi almadığına görə Rusiyadan hava hücumundan müdafiə sistemi aldı. Türkiyə nə özünün də iştirak etdiyi F-35 layihəsinə, nə də NATO-nun hava üstünlüyünə zərər vermək istəmir. Üstəlik, bu səbəbdən, prezident Ərdoğanın Vaşinqtona son səfəri zamanı iki lider F-35 və S-400-lərin eyni vaxtda istifadəsinin yarada biləcəyi texniki problemləri müzakirə edəcək komissiya yaratmağa razılıq verdilər. Senat bu təşəbbüslə çıxış etdi, amma bu komissiyanın işinin nəticələrini gözləmədi. Türkiyənin yalnız F-35 proqramından Türkiyə kənarlaşdırılması nəzərdə tutulmur. CAATSA çərçivəsində müdafiə sənayesi və hətta enerji sektoru da hədəf alınır. Məsələ ABŞ və NATO-nun təhlükəsizlik məsələsi kimi deyil, əksinə Türkiyənin cəzalandırması kimi nəzərdən keçirilir. Təsir on illərlə davam edə bilər Konqressin hazırkı əhval-ruhiyyəsi, Türk-Amerika münasibətlərinə əyləci sıradan çıxmış maşının aşağı yuvarlanmasına bənzəyən ziyan vurmağa gətirib çıxara bilər. Bir sıra sanksiyaların başlanması ilə ikitərəfli münasibətləri tamamilə sarsıda biləcək bir situasiya yaranır. Bir sıra şərtlər bu duruma gətirib çıxardı. Əvvəla, son illərdə Türkiyənin xeyrinə hərəkət edən lobbi o biri cinaha keçdi. Rusiyanın 2016-cı il müdaxiləsi ilə bağlı mübahisələr səbəbindən anti-Rusiya ab-havanın da buna təsiri var. Ankaranın S-400 alması Rusiya silah bazarının genişlənməsi kimi qəbul edilir. Bundan əlavə, Türkiyənin YPG-nin başını əzməsi və Suriyada PKK/YPG terror dövlətinin yaranmasına imkan verməməsi də, Pentaqonun Türkiyə ilə bağlı mövqeyinə mənfi təsir göstərdi. Konqres iki ölkə arasındakı münasibətlərə onilliklər boyu təsir göstərəcək səylər göstərir. Daxili siyasət zəhəri Konqresmenlər, bildiyiniz kimi, xarici siyasət məsələlərində prezidentə meydan oxumağı və Türkiyəni daxili siyasi hədəflərə çatmaq üçün istifadə etməyi sevirlər. Hətta Respublikaçılar Trampa Türkiyə səbəbilə təzyiq göstərirlər. Bu təzyiq səbəbindən, artıq impiçment proseduru başladılan Trampın manevr üçün dairəsi xeyli daraldı. ABŞ-ın Türkiyə siyasətini lazımi səviyyədə bilməyən əksər konqresmenlərin günahı üzündən ikitərəfli münasibətlər üzərində “kükrəyən bu fırtına” strateji təhlil ilə izah edilə bilməz. Bu Amerika siyasi ağlının tutulması və ya tormozlanmasıdır. Konqres qəzəb və dar maraqlar içində ilişib qalıb, bu ABŞ-ın uzunmüddətli maraqlarına xələl gətirir. Vaşinqtonun, görünür ki, bu hərəkatı dayandırmaq üçün sığorta rıçaqları qalmadı. Trampın Konqressdən və aparıcı Amerika qurumlarından fərqli olaraq Türkiyə məsələsində daha rasional strateji yanaşmaya riayət etməsi, Amerika sisteminin paradokslarından biridir. Zərərli dairə Bu xaos üzündən Vaşinqton “Türkiyə Rusiyaya yaxınlaşır, cəzalandıraq” kampaniyasının Ankaranı Moskvaya daha da yaxınlaşdırdığını görmür. ABŞ sanksiyaların köməyi ilə müttəfiqini hədəfə aldığı zaman Vaşinqtona olan inamın necə sarsıldığını nəzərə almır. Vaşinqtonda, 2013-cü ildən bəri Rusiya, Suriya, YPG, terror təşkilatı Fəthullah Gülənə (FETÖ) qarşı siyasətləri ilə Türkiyəni özlərindən necə uzaqlaşdırdıqlarını unutdular və indi də Türkiyənin Rusiya ilə yaxınlaşmasından şikayətlənirlər, həll yolu Türkiyəni Rusiyaya daha da yaxınlaşdıra biləcək sanksiyalarda tapılır. Əsl zərərli dairə - Suriya böhranının həllini özü Rusiyanın əlinə verən ABŞ, Türkiyə üçün qiymət təyin etdi. İndi bu tərcihdən yaranan qaçılmaz nəticələr ilə toqquşaraq, Türkiyəni özlərindən daha çox uzaqlaşdıraraq, böyük itki ilə irəliləyirlər. Ümid edək ki, Tramp problemi daha az ziyanla yoluna qoyacaq bir həll yolu tapa biləcək. inosmi.ru Tərcümə etdi: Ülviyyə Şükürova Muxalifet.az