​ABŞ mümkün sanksiyalar üçün türkiyəli məmurların siyahısını hazırlayır

Baxış sayı:
3397

Birləşmiş Ştatlar sanksiyalar tətbiq edilə biləcək türkiyəli hüquqi və fiziki şəxslərin siyahısını hazırlayır.
Muxalifet.az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu siyahılar Türkiyə hökuməti tərəfindən ABŞ vətəndaşlarının cinayət məsuliyyətinə cəlb edilməsi səbəbi ilə Donald Tramp administrasiyasının belə bir addıma ehtiyac duyacağı təqdirdə lazım olacaq. 
Türkiyəyə qarşı hazırlanan sanksiyalar məhdudiyyət xarakteri daşıyacaq. Oxşar tədbirlər Rusiya təşkilatları, şirkətləri və iş adamlarına qarşı tətbiq olunub.