ABŞ MÜHARİBƏ ZƏNGLƏRİ ÇALIR: Canlı qüvvə yola düşdü

Baxış sayı:
2680

ABŞ Müdafiə Naziri Mark Esper, İranın dəstəklədiyi şiə döyüşçülərin edə biləcəyi hücumların qarşısını almaq üçün lazımlı addımları atacağını ifadə edərək, “Artıq oyun dəyişdi. Nə lazımdırsa ediləcək” dedi.
Muxalifet.az bildirir ki, Esper bu barədə ABŞ Baş Qərargah rəhbəri general Mark Milley ilə Pentaqon Mətbuat Mərkəzində konfransda açıqlama verdi. Kərkükdə, ABŞ hərbi bazasın və ABŞ-ın Bağdad səfirliyinə şiə döyüşçülərin hücumlarını “İranın bölgədəki dağıdıcı fəaliyyətinin nümunələri” kimi dəyərləndirən Esper, şiə döyüşçülərin Kərkükdəki bazaya 31 raket hücumu etdiyini bildirdi. Esper, ABŞ-ın “K-1” bazasına hücumlarına cavab olaraq, Ketaib Hizbullah təşkilatına endirilmiş hava zərbələrinin “uğurlu” olduğunu bildirdi, İranın dəstəklədiyi şiə döyüşçülərin ABŞ qüvvələrinə hücum etsə, buna peşman olacaqlarını bildirdi. İranın dəstəklədiyi şiə döyüşçülərin hücumlarının qarşısını almaq üçün, qabaqlayıcı hücumlar edə biləcəklərini bildirən Esper, ”ABŞ qüvvələrini və vətəndaşlarını qorumaq üçün qabaqlayıcı hücum addımları atacağıq. Artıq oyun dəyişdi. Lazım olanı edəcəyik” dedi.

Nazir, ABŞ-ın şiə yaraqlılarını tərk-silah etmə tələbi olub-olmadığı sualına belə cavab verdi: “Bunu söyləmək bizə düşməz. Bu tədbirləri İraq görməlidir və ABŞ-a qarşı hücumları dayandırmalıdır. Bu məsələni həll etməlidir, hücumları dayandırmalı və ölkəni İranın təsirindən qurtarmalıdırlar. İrana bağlı qüvvələri ölkədən çıxarmalıdırlar”. Esper, Bağdaddakı səfirliyə hücumdan əvvəl, bölgəyə 750 əsgərin bölgəyə göndərilməsinə göstəriş vermişdi. General Milley, “Bölgədəki bütün qüvvələri hərəkətə keçirdik. Müxtəlif qüvvələr hərəkətə keçirilib və lazım olan kimi addım atacaqlar”, dedi.      
Çevik Müdaxilə Qüvvələrindən piyada taboru olan desant qüvvələri ABŞ-ın bölgədəki gücünü artıracaq. Miinlərlə əsgər İraqa yola düşmə hazırlığına başladı. Hava Desant Birliyindən 750 paraşütçü Kaliforniyadakı Fort Bragg hərbi bazasından Küveytə yola düşdü. 






Muxalifet.az