ABŞ müharibə təbili çalır! ŞOK İTTİHAM

Baxış sayı:
2848

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, Fələstin məsələsi ilə bağlı Təhlükəsizlik Şurasında keçirilən Yaxın Şərq konfransında çıxış edərək İranı ittiham edib.
 
Şurada İsrailin üzərinə çox gedildiyini deyən Haley, bunları söyləyib:
“Yaxın Şərqdə qarşıdurmaya və qeyri-sabitliyə yol açan bir ölkə var və bu İsrail deyil, İrandır. İranın İraqdakı hədəfi, burada Tehrandan Aralıq dənizinə gələcək silah və əsgərlər üçün öz nəzarətində bir mərkəz yaratmaqdır. İran son aylarda agressivliyi artırıb. İranın İraqdakı havadarları açıq şəkildə təlim alır, Tehrandan gələn silahları istifadə edir. İran rejiminin bu havadarlara son günlərdə ballistik raket dəstəyi verdiyi da gələn xəbərlər arasındadır".
Haley, İranın son günlərdə İraq Kürd Regional Rəhbərliyinə (IKBY) raket hücumu etdiyini və 11 nəfərin həyatını itirdiyini dilə gətirərək, İranın İraq torpaqlarına müdaxiləsinin BMT Təhlükəsizlik Şurasının diqqətində olması lazım olduğunu bildirib.
İranın İraqı özündən asılı hala gətirməyə və zəiflətməyə çalışdığını da irəli sürən Haley, "İran, zəifləmiş bir İraqı istifadə edərək terror fəaliyyətlərini davam etdirməyi planlaşdırır" deyib.
Müxalifət.az