ABŞ müdafiə nazirliyinin rəsmisi BAKIYA GƏLDİ

ABŞ Müdafiə nazirinin köməkçisinin beynəlxalq təhlükəsizlik siyasəti üzrə müavini Laura Kuper Azərbaycanda səfərdədir. 
Amerikanın Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, səfər zamanı xanım Kuper bir sıra şəxslərlə görüşlər keçirəcək. 
Görüş zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti, onların inkişaf perspektivləri müzakirə olunacaq.