​ABŞ müdafiə nazirindən ŞOK Türkiyə açıqlaması: “Yaxın 72 saatda...”

Baxış sayı:
10123

ABŞ müdafiə naziri Ceyms Mettis Türkiyə və ABŞ əsgərlərinin Menbiçdə birgə patrul qarovulları həyata keçirmək üçün yaxın 3 gün ərzində təlimlərə başlayacağını bəyan edib.
Muxalifet.az xəbər verir ki, general Mettis Latın Amerikasına səfəri zamanı jurnalistlərlə söhbəti zamanı belə deyib.
Pentaqon rəhbəri bildirib ki, Menbiç civarında türk və amerikalı əsgərlərinin birgə qarovul nəzarəti üçün təlimlər yaxın 72 saat ərzində başlana bilər:
“Bu, çox yaxında baş verəcək. Bəlkə də daha yaxında. Artıq təlimçilər və personal Türkiyədədir”.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Yaxın Şərq idarəsinin rəhbəri Devid Satterfield bildirib ki, ABŞ-Türkiyə arasında müşahidə edilən hallar Menbiç mövzusuna təsir etməyəcək.