ABŞ mətbuatından YPG terror təşkilatını üzəcək xəbər

Baxış sayı:
14284

ABŞ-ın Suriyadakı güclərinin hamısının aprelin sonuna qədər ölkədən çıxarmağı planlaşdırdığı iddia edilib.
 
 “Wall Street Journal” qəzetinin Amerikalı səlahiyyətlilərə söykədiyi xəbərində, ABŞ prezidenti Donald Tramp rəhbərliyinin YPG / PKK-nın qorunması üçün hər hansı bir planı gözləmədən aprel ayının sonuna qədər Suriyadan çəkilməyi tamamlaması gözlənildiyi iddia edilib.
Səlahiyyətlilər bir neçə gün içində İŞİD-ın əlindəki son bölgənin də alınması ilə ABŞ-ın Suriyadakı güclərinin artıq tamamilə çəkilməyə köklənəcəyini bildiriblər.
 
APRELDƏ TAMAMLANACAQ
 
Planlarlarda hər hansı bir dəyişiklik olmazsa, ABŞ qüvvələrinin əhəmiyyətli bir qisimi mart ayında çəkilmiş olacağı, geri qalanının isə aprel sonuna qədər Suriyadan ayrılacağı bildirilib.
ABŞ-ın YPG / PKK-nın qorunması mövzusunda Türkiyə ilə danışıqlar apardığının, ancaq bu mövzuda razılığın olmadığı bildirilən xəbərdə, səlahiyyətlilər ABŞ qüvvələrinin terror təşkilatı YPG / PKK üçün hər hansı bir qoruma planı olmadan ölkədən çəkiləcəyini qeyd edib.
Pentaqon “Wall Street Journal”-dakı iddialara yönəlik bir açıqlama verməsə də, ancaq ABŞ prezidenti Tramp dünən İŞİD Əleyhinə Koalisiyanın Xarici İşlər Nazirləri yığıncağında etdiyi çıxışında, önümüzdəki həftə içərisində İŞİD-ın əlindəki torpaqlarının hamısının alındığını bəyan edə biləcəyini qeyd etmişdi.
Qeyd edək ki, ABŞ-ın çəkilmə müddətini yaxından təqib və prosesi koordinasiya etmək üçün Türkiyə ilə ABŞ arasında ortaq xidmət gücü qurulub.

Müxalifət.az