ABŞ mətbuatından şok iddia: Tramp Səudiyyəyə...

Baxış sayı:
6778

ABŞ-ın “New York Times” qəzeti ABŞ-ın Səudiyyə Ərəbistanına nüvə silahı istehsalında istifadə edilmək üçün nüvə reaktoru satmaq istədiyini iddia edib.
 
Qəzetdəki xəbərdə, ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Jared Kuşnerin Səudiyyə Ərəbistan ziyarətində vəliəhd şahzadə Məhəmməd bin Salman ilə Səudiyyənin nüvə proqramı və ABŞ-ın bu məsələdə yardım etməsinin müzakirə etdiyi qeyd edilib.
Şimali Koreya və İranın nüvə silahlardan təmizlənməsini istəyən Tramp rəhbərliyinin Səudiyyə Ərəbistanına nüvə silahı əldə etməsi üçün yardım edə biləcəyi ifadə edilən xəbərdə, Tramp rəhbərliyinin Səudiyyə Ərəbistanına nüvə silah istehsalında istifadə edilə biləcək nüvə reaktorlarını satmaq planının olduğu bildirilib.
 
Onlar kürəkənin daşınmaz əmlak problemini həll etdi
 
Xəbərdə, Trampın kürəkəni Kuşnerin ailəsinin Manhattanda 666 Fifth Avenue adlı olduqca bahalı bir mülk üzündən əmlak işinin problemdə olduğu, ancaq keçən avqust ayında Səudiyyə Ərəbistanına reaktorları satmağa çalışan və nüvə satışı xidməti ilə də məşğul olan Brookfield Varlıq rəhbərliyi tərəfindən 1,1 milyard dollar ödənərək problemin həll olunduğu bildirib.
Müxalifət.az