ABŞ mətbuatından şok iddia! Terror siyahısına salacaqlar

Baxış sayı:
4861

ABŞ rəhbərliyinin, Venesuelanı "terrora dəstək verən ölkələr" siyahısına əlavə etməyə hazırlaşdığı iddia edilib.
 
Amerikanın “Vaşinqton Post” qəzetində yer alan və bəzi yüksək səviyyəli rəsmilərinə əsaslandırılan xəbərdə, Donald Tramp rəhbərliyinin müvafiq orqanları arasında bu barədə yazışmalar etdiyi irəli sürülüb.
ABŞ-ın bu ana qədər "terrora dəstək verən ölkələr" siyahısında yalnız İran, Şimali Koreya, Sudan və Suriyanın yer aldığı xatırladılan xəbərdə, həmin hazırlıqlar bir qərara çevrildiyi təqdirdə ABŞ ilə Venesuela arasındakı gərginliyin daha yüksək səviyyəyə çıxacağı qeyd olunub.
Xüsusilə Respublikaçıların uzun müddətdir ki, Venesuelanı "terrorizmə dəstək verməklə" günahlandırdığı toxunulan xəbərdə, Respublikaçıların əhəmiyyətli şəxslərindən Florida senatoru Marko Rubio kimi senatorların bu məsələdə israrçı olduğu qeyd edilib.
ABŞ Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verməsə də, Amerika mediasına danışan bəzi şəxslər hələ ki, bu məsələdə verilmiş bir qərarın olmadığını bildiriblər.
Qeyd edək ki, ABŞ rəhbərliyi daha əvvəl Venesuelanın prezidenti Nicola Maduronun həyat yoldaşı və yaxın ətrafı da daxil, bu ölkədəki bir çox şəxsə sanksiya qərarı tətbiq etmişdi.
Müxalifət.az