ABŞ əmr verdi, terrorçular Türkiyəyə hücuma keçdi - FOTO

ABŞ Türkiyəni cəzalandırmaq üçün terrorçuları ayağa qaldırdı.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, ABŞ və Türkiyə arasında viza böhranından sonra Amerikanın Ankaradakı səfiri Con Baasın “9 aydır Türkiyədə terror hücumu baş vermir. Bu, İŞİD-in geri çəkildiyi üçün deyil, əməkdaşlığımızın nəticəsidir” sözləri yeni terror hücumlarının olacağından xəbər verirdi.
Çünki Türkiyə ABŞ-ın istəyini geri çevirdi və müstəqil addımlar atmağa başladı. Təcrübəyə əsasən, bunun bir “əvəzinin” olacağı gözlənilirdi.
Bassın açıqlamasından bir neçə gün sonra Tüürkiyədə üst-üstə bombalar partlamağa başladı.
- Dünən saat 17:20-də Yenişəhər əyalətində polis xidməti avtomobilinin keçdiyi vaxt partlayış baş verdi.
- Mersində baş verən partlayışda 17-si polis olmaqla 18 nəfər yaralandı.
- Diyarbəkirin Silvan bölgəsində PKK üzvlərinin yola döşədiyi 100 kiloqram partlayıcı aşkarlanaraq, məhv edildi.
Hazırda Türkiyənin təhlükəsizlik qüvvələri yeni terror hücumlarının ola biləcəyinə qarşı tədbirlər həyata keçirir.