ABŞ-ın məqsədi dünyanın hər yerində... - Patruşev

Baxış sayı:
5347

ABŞ-ın məqsədi dünyanın hər yerində hakimiyyəti ələ keçirməkdir. Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çıxış edib. "Biz heç bir yerdə raket yerləşdirən ilk tərəf olmayacağıq. ABŞ Rusiyanın milli təhlükəsizliyini təhdid edəcək silahlar yerləşdirməyə başlasa, bu silahların harada və nə qədər yerləşdirildiyindən asılı olaraq müvafiq cavab veriləcək. ABŞ-ın nüvə müqaviləsini tərk etməsi, dünyanın hər yerində hakimiyyəti ələ keçirmək niyyətində olduğunu göstərir", - Patruşev qeyd edib.