“ABŞ-ın məhvi üçün böyük silahlara ehtiyac yoxdur” – İrandan SƏRT AÇIQLAMA

Baxış sayı:
7108

ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla yaşadığı gərginliyə dair açıqlama verib. Muxalifet.az xəbər verir ki, Ağ Ev rəhbəri bir jurnalistin "cənab prezident, müharibəyəmi gedirik” sualını "ümid edirəm, olmaz” sözləri ilə cavablandırıb. İran Silahlı Qüvvələrinin İnqilab Keşikçiləri Korpusunun Parlamentlə Münasibətlər Komitəsinin sədr müavini Məhəmməd Saleh Yokar Trampın açıqlamasına sərt reaksiya verib: "Qısamənzilli raketlərimiz belə ABŞ-ın bölgədəki döyüş gəmilərini vurmağa kifayət edər. ABŞ insan qüvvəsi və sosial şərtlər baxımından çətin vəziyyətdədir”. Qeyd edək ki, ABŞ-la İran arasında gərginlik Vaşinqtonun ötən il Hərtərəfli Birgə Fəaliyyət Planından təktərəfli formada çıxıb və İrana nüvə fəaliyyətinə görə sanksiya tətbiq etməsi ilə başlayıb.