ABŞ məhkəməsindən İrana 104 milyon dollar təzminat cəzası!

Baxış sayı:
3346

ABŞ, İrana qarşı ittihamlarına bir yenisini də əlavə edib. Amerika federal məhkəməsi, Səudiyyə Ərəbistanında 1996-ci ildə Amerikan əsgərlərinin öldüyü Hobar Qüllələri təcavüzündən məsul tutduğu üçün İranın 104 milyon dollar ödəməsinə qərar verib.
 
Vaşinqtonda federal bir məhkəmənin sədri Beryl Hauell, 1996-ci ildə 19 Amerikan əsgərinin həyatını itirdiyi Hobar Qüllələri təcavüzünün, İranlı rəsmilərin dəstəyi və razılığı əsasında aparıldığı qərarına varıb. Hauell, İran dövlətinin qurbanların yaxınlarına 104 milyon dollar təzminat ödəməsinə hökm edib.
Qurbanların yaxınları məhkəmənin qərarını məmnuniyyətlə qarşılayıb.
Ailələrin vəkillərindən Pol Qaston, məhkəmənin qərarının ailələr üçün "ədalətin bir az da olsa öz yerini tapması" anlamına gəldiyini ifadə edib.
Qurbanların ailələrinə paylanacaq 104 milyon dolların necə toplanacağı və ölənlərin hansı yaxınlarına veriləcəyi isə qeyri-müəyyəndir. Təzminat almasına qərar verilən adam sayı haqqında da bir məlumat verilməyib.
Müxalifət.az