​ABŞ Meksika ilə sərhəddə 4 min qvardiyaçı yerləşdirəcək

Baxış sayı:
5092

"ABŞ hökuməti ölkənin cənub sərhədinə 2-4 minədək qvardiyaçı yerləşdirəcək".
Muxalifət.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Milli qvardiyanın Meksika ilə sərhədə göndərilməsi üçün maliyyə xərcləri də gündəmə gəlib. ABŞ-ın Müdafiə Nazirliyi bu planın reallaşdırılması üçün maliyyə mənbəyi ilə bağlı suala cavab verə bilməyib. Prezident D.Tramp isə Ağ evin maliyyə smteası hazırlamadığını etiraf edib.
ABŞ prezidentlərinin Meksika ilə sərhədə qvardiyaçı göndərməsi ilk dəfə deyil. 2010-cu ilin may ayında keçmiş prezident Barak Obama da ABŞ-Meksika sərhədinə 1200, kiçik Corc Buş isə 6 min qvardiyaçı göndərmişdi.
Federal qanunlar orduya ABŞ-da ictimai asayişı təmin etməyi qadağan edir. Milli qvardiya isə ABŞ-ın ehtiyatda olan Silahlı Qüvvələrinə aiddir. Qvardiya qubernatorun tapşırığını icra edə bilər. /report/