ABŞ mediasından şok iddia - “Generalın arxasında onlar var”

Baxış sayı:
3628

Səudiyyə Ərəbistanının Liviyanın şərqindəki hərbi qüvvələrin rəhbəri general Hafterin paytaxt Tripolini ələ keçirmək üçün başlatdığı əməliyyata dəstək üçün milyonlarla dollar yardım vədi verdiyi iddia edilib.
 
“Wall Street Journal” qəzetinin Səudiyyə hökumətindən yüksək səviyyəli rəsmilərinə əsaslandırdığı xəbərinə görə, general Hafter Tripolini ələ keçirmək üçün başladığı hücumdan bir neçə gün əvvəl Səudiyyə Ərəbistanına səfər edib.
Səudiyyə Ərəbistanının general Hafterin Tripolini ələ keçirmək üçün başlatdığı əməliyyata dəstək üçün milyonlarla dollar yardım vədi verdiyi irəli sürülən xəbərdə, adı açıqlanmayan bir Səudiyyə rəhbərliyinin, "Olduqca səxavətlidir" ifadəsinə də yer verilib.
Xəbərdə, Hafterin 27 martda Ər-Riyada həyata keçirdiyi səfər zamanı kral Salman bin Abdulaziz və vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşdüyü bildirilib.
Liviyaya silah embarqosuna nəzarət edən BMT-nin mexanizminə görə isə Hafter Birləşmiş Ərəb Əmirlikləri və Misirdən da dəstək alıb, ancaq Misir Hafterə dəstək verdiyini inkar edərkən, Birləşmiş Ərəb Əmirliklərindən bu barədə bir açıqlama verilməyib.
Xəbərdə, ABŞ rəsmilərinə görə isə Rusiyanın da Hafterə silah və hərbi müşavirlər göndərdiyi, ancaq Kremlin bu iddiaları təkzib etdiyi qeyd edilib.
Tripolini ələ keçirmək üçün 4 apreldə hücum başladan Liviyanın şərqindəki hərbi qüvvələrin rəhbəri general Hafter ilə Milli Anlaşma Hökumətinin (UMH) Prezident Şurasının sədri Famiz es-Serracın birlikləri arasında Tripoli və ətrafında şiddətli döyüşlər gedir.
Dünya Səhiyyə Təşkilatına görə isə Liviyanın paytaxtı Tripolidəki toqquşmalarda bir həftədə 7-si mülki olmaqla, 75 nəfər ölüb, 323 nəfər yaralanıb.
Legitimlik böhranının 2011-dən bu yana həll edilmədiyi Liviyada, beynəlxalq birliyin tanıdığı UMH qoşunları ilə general Hafterə sadiq qüvvələr arasında qarşıdurmalar davam edir.
Müxalifət.az