ABŞ MEDİASINDAN SENSASİON İDDİA – İsrail dronları Azərbaycan üzərindən İrana qarşı...

Baxış sayı:
24501

Amerikanın qabaqcıl “New York Times” qəzeti İsrailin pilotsuz uçan aparatlarının Azərbayandan havaya qalxdığı və İran üzərində casusluq etdiyi haqqında sensasiya doğuran xəbər dərc edib.
 
"Amerikanın casus peykləri İsrailə məxsus pilotsuz uçan aparatların Azərbaycandakı bazalardan havaya qalxaraq İran sərhədindən cənub tərəfə yönəldiklərini müşahidə edib. Onlar həmçinin İranın nüvə obyektlərinin foto və videoçəkilişini həyata keçirib və İran RƏM vasitələrinin ölkəyə daxil olan aparatları aşkar edib-etmədiyini müəyyən edib", deyə məqalədə bildirilir.
 
Materialda həmçinin deyilir ki, 2010-cu ildə İsrail İranla müharibə başlamasına bir addım məsafədə olub.
 
Eyni zamanda, materialda qeyd edilir ki, Pentaqon hələ Barak Obama zamanında ABŞ-ın qərbində səhralıq ərazidə İranın Fordoda yerləşən uran zənginləşdirmə zavodunun dəqiq surətini tikib və maketi bunker əleyhinə aviasiya bombasının köməyilə məhv edib. Amerikalılar müttəfiqlərinə zərurət olduğu təqdirdə müdaxilə etməyə və ayətullah rejiminin nüvə silahı əldə etməsinə imkan verəməyə hazır olduqlarını nümayiş etdirmək üçün zərbənin videogörüntüsünü İsrailə təqdim ediblər.
 
Rəsmi Bakı Müdafiə Nazirliyi və XİN səviyyəsində artıq iki dəfə Azərbaycanda İsrail dronlarının olması və qonşularına qarşı onlardan istifadə olunması haqqında məlumatları təkzib edib. Amma bu günə qədər İran və Suriya mənbələrindən belə məlumatlar yayılıb.
 
Bir sıra müşahidəçilər “New York Times”dakı nəşri Vaşinqtonun Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Paşinyanın bu yaxınlarda Bakıya etdiyi səfərdən və onun Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığı möhkəmləndirmək zərurəti haqqında bəyanatından narazılığı kimi qiymətləndirirlər.
 
"New York Times"-dakı nəşr dəqiq Bakı və Vaşinqtonun, eləcə də Bakı və Tehranın münasibətlərinin möhkəmlənməsinə kömək etməyəcək./Turan