ABŞ mediasından çağırış: “Ərdoğanın S-400 həmləsinə cavab verməliyik”

Baxış sayı:
6100

 ABŞ-ın “Bloomberg” xəbər saytında prezident Ərdoğan və Türkiyə əleyhinə bir çağırış edilib. Saytda edilən xəbərdə, "Türkiyənin bu son S-400 həmləsi cavabsız qalmamalıdır. Cəsarətli bir şəkildə Rus hava müdafiə sistemini alan Ərdoğan çox irəli getdi" deyə qeyd edilib.
 
“Bloomberg” xəbər saytı, prezident Rəcəb Tayyib Ərdoğanın "bitmiş müqavilə" kimi səciyyələndirdiyi Rusiya S-400 hava müdafiə sistemlərinin satın alınmasının "cavabsız qalmaması lazım olduğunu" deyərək NATO-nu bu yöndə vəzifəyə çağırıb.
“Bloomberg” Rusiyanın S-400 müqaviləsi ilə təqdim etdiyi "birgə istehsal", "vaxtında təhvil" və "texnologiya transferi" kimi şərtləri təmin etməyən və iş işdən keçdikdən sonra təqdim olunan ABŞ-ın “Patriot” təklifini "səxavətli" kimi xarakterizə edib.
Prezident Ərdoğanın S-400 hava müdafiə sistemlərini "təhlükəsizlik həyəcanı deyil, özbaşına olaraq aldığını" irəli sürən “Bloomberg”, Türkiyənin bu davranışını "cəsarətli" kimi qiymətləndirərək "Ərdoğan çox irəli getdi" sözləri ilə oxucularına çatdırıb.
Prezident Ərdoğanı avtoritallıqda ittiham edən “Bloomberg”, Qərbin terror təşkilatları FETÖ və PKK/PYD-YPG-yə verdiyi dəstəyi bir kənara qoyaraq, "NATO liderləri arasında əvəzsiz yeri olan Ərdoğan, müttəfiqlərini onun hökumətini yıxmağa çalışmaqda günahlandırır" deyə yazıb.
 
Lazım olsa, ABŞ-ın İncirlikdən çıxmalıdır
 
Prezident Ərdoğanın bu davranışı davam etdiyi təqdirdə Türkiyənin NATO-dakı rolunun zəiflədilməsi lazım olduğunu yazan Bloomberg, “Lazım gələrsə, ABŞ İncirlikdən çəkilməli və alternativ olaraq İordaniyadakı hava bazasını istifadə etməlidir” deyə qeyd edib.
Bütövlükdə 67 il, xüsusən də son 10 ildir NATO-nun cənub-şərq sərhədlərini ən yaxşı şəkildə qoruyan və bir çox terror təşkilatına qarşı içəridə və çöldə yılmadan mübarizə aparan Türkiyə haqqında "Terrorla mübarizəsi heç vaxt öz maraqlarından o tərəfə keçmədi" deyə yazan “Bloomberg”, daha da irəli gedərək bu ifadələri işlədib:
"NATO yalnız bir üzvünün təhlükəsizliyi əvəzinə, birliyin birgə təhlükəsizliyinin daha əhəmiyyətli olduğunu anlamalıdır. Türkiyəni F-35 proqramından çıxarmalı və onun istehsal edəcəyi hissələr digər layihə tərəfdaşları tərəfindən götürülməlidir. Donald Tramp rəhbərliyi keçən il Rus döyüş təyyarə və raket sistemləri alan Çinə tətbiq etdiyi sanksiyaların eynisini Türkiyəyə də tətbiq etməlidir".
 
"Dostlarını diqqətli seç”
 
“Bloomberg”-in dərc etdiyi xəbərdə, prezident Ərdoğanın Almaniyanın baş naziri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron ilə birlikdə çəkilmiş bir şəkli nəşr olunub. Fotonun alt yazısında isə, "Dostlarını diqqətli seç" ifadələrinə yer verilib.
Müxalifət.az