ABŞ mediası Türkiyə müxalifətini aşağıladı

Baxış sayı:
5131

ABŞ-da nəşr olunan “Foreign Policy” Jurnalı Türkiyədəki müxalifətin durumunu dəyərləndirib.
 
“Türkiyənin müxalifəti əvvəl Ərdoğana məğlub oldu, sonra ağlını itirdi" başlıqlı yazıda CHP sədri Kamal Kılıçdaroğlu ilə prezidentliyə namizəd Məhərrəm İncə arasında baş verən böhran şərh olunub.
 
BAŞI AŞAĞI DÜŞDÜLƏR
 
“Foreign Policy” Jurnalında dərc olunan yazıdan bir hissə;
“Rəcəb Tayyib Ərdoğan 24 iyunda üst-üstə gələn 13-cü seçki qələbəsini elan etdiyindən bəri müxalifləri başı aşağı düşməkdədirlər.
 
MÜXALİFƏT LİDERLƏRİ KRESLO DƏRDİNDƏ
 
Acınacaqlı halları Türk siyasətinin əsas problemini əks etdirir: Müxalifət yeni ideyalardan və ilham mənbəyindən məhrumdur. Liderləri isə ölkələrini xilas etməkdən daha çox yerlərini qorumaqla məşğul olur.
Seçkidən sonra Məhərrəm İncənin ətrafında toplanan geniş müxalifət ittifaqı dağıldı.
Müxalifət seçicilərinin səbr tükəndi. Ən təpədən başlayaraq bütün kəllələrin getdiyini görmək istəyirlər”.
Müxalifət.az