ABŞ mediası Mursinin ölümünə görə Sisini “bombaladı”

Baxış sayı:
9280

ABŞ-ın öndə gələn qəzetlərindən “Vaşinqton Post” və “New York Times” Misirin demokratik yolla seçilmiş ilk və tək dövlət başçısı Məhəmməd Mursinin məhkəmə salonundakı ölümü haqqında 2 məqaləni səhifələrinə daşıyıb.
 
“Vaşinqton Post” tərəfindən "Məhəmməd Mursinin haqsız ölümü Misirin nə qədər gerilədiyini göstərir" başlıqlı bir məqalə dərc edib.
Mursinin 6 ildir tibbi nəzarət və ailəsi ilə görüşmə kimi ən fundamental insan haqlardan məhrum halda pis şərtlər altında həbsxanada tutulduğuna vurğu edilən məqalədə, "Mursinin son 6 il içərisində məruz qaldığı bərbad pis rəftar bir zamanlar Orta Şərq üçün insan haqları mövzusunda siyasi standartlar müəyyən etmə arzusunda olan bir ölkədə insan haqlarının nə qədər gerilədiyinə dair canlı bir nümunə təqdim edir" deyə qeyd edilib.
Məqalədə, BMT ilə insan haqları təşkilatlarının Mursinin ölümü üçün müstəqil bir istintaq açılması çağırışını xatırladıraq, "Çox ehtimal ki, buna ehtiyac duyulmayacaq, ancaq bəlkə də (Mursinin) hekayəsi Misirin müasir tarixindəki ən pis insan haqları pozuntularından məsul olan Sisi rejiminin əxlaqsızlığına daha çox fokuslanacaq" qiymətləndirməsi edilib.
Yazıda, ABŞ-ın hər il Misirə etdiyi 1,3 milyard dollarlıq hərbi yardımla bu ölkənin insan haqları mövzusundakı qorxunc vəziyyətin davam etməsinə şərait yaratdığına işarə edilib.
Müxalifət.az