​ABŞ MEDİASI BU XƏBƏRİ İSRARLA TƏKRARLAYIR

Baxış sayı:
2326

Əsəd prezident sarayını tərk edib
Muxalifət.az xəbər verir ki, Amerika mediası ABŞ-ın Suriyada hərbi əməliyyat aparmaq ehtimalına qarşı, Bəşər Əsədin Dəməşqdəki prezident sarayını tərk edərək Rusiyaya məxsus hava bazasında sığındığını iddia edib.
ABŞ və müttəfiqi olan ölkələrin Suriyaya qarşı hərbi əməliyyat təhdidləri səsləndirildiyi bir dövrdə, Amerika mediası belə bir iddia ilə çıxış edib.
Xəbərlərdə Suriya prezidenti Bəşər Əsədin rus hərbçilərinin müşayiəti ilə Dəməşqdəki prezident sarayını tərk elədiyi və Rusiyanın Lazkiyənin cənub-şərqindəki Xmeymim bazasına sığındığı yazılır.
Əsədin pəncərələri olmayan bir sığıncaqda saxlanıldığı, yanında başqa bir suriyalı vəzifə sahibinin olmadığı bildirilir.
Amerika mediasında 7 ədəd ABŞ hərbi təyyarəsinin Şərqi Aralıq dənizinni sahillərində, Rusiyanın Xmeymim bazası ilə Tartus dəniz bazası yaxınlığında kəşfiyyat uçuşları həyata keçirdiyi xəbərləri də verilir./Hurriyyet.org