ABŞ Livanın yeni hökuməti ilə işləməyə hazırdır...

Baxış sayı:
187

Livan prezidenti Mişel Aun cümə axşamı tvitter səhifəsində Birləşmiş Ştatlar prezidenti Donald Trampın Livan xalqının ehtiyaclarına cavab verən yeni hökuməti ilə işləməyə hazır olduğunu yazıb.

Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo Həririnin istefasından sonra Livan liderlərini islahatlar apara və mübarizə edə bilən yeni bir hökumət qurmağa çağırıb.

Saad Əl-Həriri oktyabrın 29-da koalisiya hökumətini buraxaraq, Livanın baş naziri vəzifəsindən istefa verib. O, hakim elitaya qarşı böyük etirazlar nəticəsində baş verən böhranı həll etməyə çalışarkən hökumətin heç nə edə bilmədiyini deyib.

Qərb və körfəzin sünni ərəb müttəfiqləri tərəfindən dəstəklənən Həririnin gedişi ilə Livan siyasi böhranla üzləşib. Etirazlar Livanın iqtisadi problemlərini daha da artırıb.

Livanda korrupsiya, dövlət pullarının düzgün idarə olunmaması və ölkəni 1975-1990-cu illərdə baş verən vətəndaş müharibəsindən bəri görünməyən iqitsadi böhrana sürükləməkdə ittiham olunan siyasi elitaya qarşı etirazlar günlərlə davam edib.

Ölkədə banklar, məktəblər və bir çox bizneslər bağlanmış, ordu və iğtişaş polisi Livan boyu küçələrə yerləşdirilmişdi.