ABŞ-lıların Rza Zərrab çaşqınlığı! Bu yeməkdə bir iş var

Baxış sayı:
2284

Rza Zarrabın məşhur Nobu restoranındakı görüntüləri, həbsxanada olması lazım olduğunu söyləyən Amerikalı hüquqşünasları da təəccübləndirib.
 
ABŞ-da İrana sanksiyaları dəlmək cinayətindən cəmi 135 il həbs cəzası ilə mühakimə olunarkən prokurorluqla razılaşaraq etiraf etmiş şəxs kimi şahidlik edən Rza Zərrabın həbsxanada olduğu güman edilirdi.
 
GİROV MÜRACİƏTİ OLSA BİLİNƏRDİ
 
Dava yaxından təqib edən Amerikalı hüquqşünaslar Rza Zərrabın sərbəst qalmasının qanuni olaraq mümkün olmadığını, Nobu restoranında çəkilən fotoşəkilin ancaq onu prokurorluğa aparan FTB agentlərinin "xüsusi” münasibətindən dolayı ola biləcəyini söyləyib. Hüquqşünaslara görə, bu vəziyyət də federal cinayət dairəsinə girir.
Rza Zərrabın etiraf etmiş şəxs sifəti ilə şahidliyi sayəsində prokurorluğun məhkəməyə verəcəyi "5k1” məktubu ilə çox mühüm bir cəza endirimi almasının gözləndiyini bildirən hüquqşünaslar, Zərrabın cəza məhkəmə iclası ərəfəsində girov müraciətinin gizli qalmayacağını, çünki bütün girov müraciətləri və qərarların dövlətdə açıq olduğunu deyib.
Rza Zərrabın hələ də FTB nəzarətində Nyu-Yorkda bir həbsxananın xüsusi bölməsində tutulduğuna inanan hüquqşünaslar, daha əvvəl nəzarətçiyə rüşvət verərək içəri içki və telefon keçirdiyini də xatırladıb. Hüquqşünaslar Zərrabı müşayiət edən FTB agenti, ya da həbsxana qolçaq xidmətçisi ilə də belə yaxınlaşa biləcəyi şübhəsini bildirib.
Müxalifət.az