ABŞ-lı terrorçu Suriyada yaxalandı

Baxış sayı:
10960

İŞİD terror təşkilatında iş tapmaq üçün bir tərcümeyi-hal və CV göndərdiyi söylənən Uorren Kristofer Klark adlı 34 yaşlı ABŞ vətəndaşı, Suriyada terror təşkilatı YPG/PKK və İŞİD arasında şiddətli döyüşlərin getdiyi Hajində yaxalanıb.
 
 ABŞ-ın aparıcı qəzetlərindən “Nyu-York Tayms”-da yer alan xəbərdə, İraqda bir zaman İŞİD terrorçularının işğalı altındakı bir evdə tapılan məktubda Kristofer Klarkın, "Cənab direktor, İŞİD-dakı tələbələrə ingilis dilində öyrədə biləcək bir mövqe tutmaq istəyirəm. Uğurlu bir müəllimin tələbənin güclü və zəif tərəflərini anlaya biləcəyinə, bu anlayışın tələbələrin ingilis dilini anlamalarına köməkçi olacağına inanıram" deyə yazdığı bildirilib.
Xəbərdə, Mosuldakı bir evdə olan sənədlərdə yer alan məlumatlara görə, Hyuston Universitetindən məzun olan Kristofer Klarkın, ingilis dili öyrətmək üçün əvvəlcə Səudiyyə Ərəbistanına getdiyi, sonra Türkiyəyə gələrək üç ay ərzində ingilis dili müəllimliyi etdiyi qeyd olunub.
2015-in iyunundan sonra KlarkınİŞİD-a qoşulduğu ehtimal edilir.
Kristofer Klarkın “NYT-yə açıqlama verən 69 yaşlı atası Uorren Klark, oğlunu "insanpərvər biri" kimi təsvir edərək onun İŞİD kimi bir qrupa qoşulmaq ehtimalını rədd edib.
ABŞ-ın Suriyadakı müttəfiqi terror təşkilatı YPG/PKK-nın siyasi örtüyü Suriya Demokratik Qüvvələrindən (SDG) edilən açıqlamada, İŞİD-ın son qalası Hajinə qarşı keçirdikləri əməliyyat zamanı Kristofer Klarkla yanaşı, Ayrıl Abed əl-Həmid adlı başqa bir ABŞ vətəndaşının da yaxalandığı bildirilib.
Corc Vaşinqton Universitetinin yaydığı məlumatlara görə, bu günə qədər İraq və Suriyadakı qarşıdurma sahələrində yalnız dörd ABŞ vətəndaşı ələ keçirildiyi məlum olur.
Müxalifət.az