ABŞ-lı nazirdən “Suriya və ABŞ əsgəri” açıqlaması

Baxış sayı:
7615

ABŞ prezidenti Donald Tramp tərəfindən müdafiə naziri postuna namizəd göstərilən Mark Esper, Amerikan əsgərlərinin Suriyada qalacağını ifadə edib.
ABŞ Senatında çıxış edən Esper, "ABŞ ordusunun xüsusi qüvvələri İŞİD-a qarşı əməliyyatı davam etdirən çox millətli koalisiyanın bir hissəsi olaraq hələlik Suriyanın şimal-şərqində qalacaq" deyib.
Esper "Əməliyyatın təhlükəsizliyi üçün əsgər sayını və son tarixləri müzakirə etməyəcəyəm" deyə əlavə edib.
Müxalifət.az