ABŞ-lı nazir açıqladı: Tramp yumşala bilər...

Baxış sayı:
5647

ABŞ-ın Xəzinə naziri Steven Mnuçin Çin ilə ticarət müzakirələrində irəliləmə təmin edildiyi təqdirdə prezident Donald Trampın ABŞ-ın “Huawei” şirkətinə yönəlik sanksiyalarını yumşalda biləcəyini söyləyib.
 
“The Guardian” qəzetinin xəbərinə görə, Mnuçin bir ticarət razılaşması olmadığı təqdirdə isə Vaşinqtonun büdcə kəsirini azaltmaq üçün gömrük tarifləri tətbiqini davam etdirəcəyi xəbərdarlığı edib:
"Prezident Tramp ticarət mövzusunda irəliləmə təmin etsək və müəyyən zəmanətlər alsaq “Huawei” məsələsində müəyyən şeylər etməyə istəkli ola biləcəyini söyləyir. Əgər Çin bir razılaşma yolunda irəliləmək istəsə, biz ortaya qoyduğumuz şərtlər çərçivəsində irəliləməyə hazırıq. Əgər Çin addım atmaq istəmirsə, prezident Tramp əlaqələri yenidən tənzimləmək üçün tariflərin tətbiq olunmasına davam etməkdən xoşbəxt olar".
Müxalifət.az