ABŞ-lı keşiş Brunsonun evinə türk bayrağı asıldı – Bununla nə mesaj verilir?

Baxış sayı:
7093

İzmirdə ev həbsində saxlanılan Amerikalı keşiş Endryu Brunsonın evinin eyvanına Türk bayrağı asılıb.
 
Terror təşkilatları FETÖ və PKK-ya casusluq etdiyi və cinayət törətdiyi iddiaları ilə 35 il həbsi istənilən və İzmirin Qonaq rayonunda ev həbsində saxlanılan Amerikalı keşiş Brunsonın evinin eyvanına Türk bayrağı asıldığı və bununla Türk hökümətinə bir mesaj verildiyi bildirilir.
Bəzi şərhçilərin fikrinə görə, bu hərəkətlə keşiş-casus Brunson Ərdoğan hökümətinə “məni buraxın” mesajı verir.
 
DİPLOMATİK BÖHRANA SƏBƏB OLDU
 
Qeyd edək ki, ABŞ ilə Türkiyə arasında diplomatik böhrana səbəb olan Brunson, sağlamlıq problemləri səbəbiylə cəzasını evdə çəkməyə davam edir.
Müxalifət.az