ABŞ-lı iqtisadçıdan şok açıqlama: ABŞ 2 il ərzində süquta keçəcək!

Baxış sayı:
6241

 ABŞ-lı Briolqecater Associatesin banisi Ray Dalio, Bloomberg televiziyasına verdiyi müsahibədə, ABŞ iqtisadiyyatının 2 il ərzində geriləməsini təxmin etdiyini söyləyərək ABŞ dollarında əhəmiyyətli dərəcədə zəifləmə görüləcəyini ifadə edib.
 
 “2 il sonra ilə bağlı narahat oluram" deyən Dalio, nəzərdə tutduğu geriləmə ilə bağlı olaraq, "Borc böhranından çox, dollar böhranı olacaq. Daha çox siyasi və sosial böhran olacağını düşünürəm" deyib.
Dalio, ABŞ-ın borclanmanın artması səbəbindən yüksələcək büdcə açığı, Mərkəzi Bankın (Fed) faizləri daha çox artırmaq əvəzinə, pul çap etməsinə səbəb olacağına diqqəti çəkərək ABŞ dollarının dəyərinin 30 faiz düşəcəyini qeyd edib.
İqtisadi geriləmədən çıxmaq üçün pul siyasətinin təsirinin məhdud olacağını qeyd edən Dalio, hazırda ABŞ-ın, regulasyonlarının təcili maliyyə hallar qarşısında nümayəndələrə kifayət qədər azadlıq təmin etmədiyini söyləyib.
Dalio, "ABŞ prezidentinə, Fed sədrinə və Senat ilə Nümayəndələr Məclisi liderlərinin gözlənilməyən hallarda lazımi addımları ata bilmələri üçün təcili iqtisadi güc qanunu yaradılmalıdır" deyərək sözlərini tamamlayıb.
Müxalifət.az