ABŞ əleyhinə yazı “vətən xainliyi” oldu: Mətbuat azadlığı yaddan çıxdı

Baxış sayı:
5791

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Rusiyadakı elektrik şəbəkələri və digər hədəflərə yönəlik siber hücumları artırdığına dair xəbər dərc edən “Nyu York Times” (NYT) qəzetinə "Xainlikdir, alçaqlıqdır, xalq düşmənliyidir" deyərək təpki göstərib.
 
Digər dövlətlərə dərhal hər hadisədə mətbuat azadlığı mövzusunda ehkam kəsən qərblilərin ikiüzlü davranışı bir-bir ortaya çıxır. Fransanın Yəməndə mülki əhalinin qətl edilməsində istifadə edilən fransız silahlarını xəbər kimi yazan 4 jurnalisti "Dövlət sirrin ifşa etmə" cinayəti ilə bağlı ifadəyə çağırmasından sonra ABŞ-da da maraqlı bir hadisə yaşanıb.
Digər dövlətləri mətbuat azadlığını məhdudlaşdırdığı iddiası ilə ittiham edən ABŞ, “New York Times” (NYT) qəzetinin ABŞ əleyhinə verdiyi xəbərdən sonra "mətbuat azadlığı və xəbərçiliyi" unudulub.
ABŞ-ın Rusiyadakı elektrik şəbəkələri və digər hədəflərə yönəlik siber əməliyyatlarını artırdığına dair xəbər verən “NYT” qəzetinə ABŞ prezidenti Donald Tramp "Xainlikdir, alçaqlıqdır, xalq düşmənliyidir" təpki göstərib. Tramp bundan başqa, "Eyni zamanda doğru da deyil. Qarşılarına nə gəlirsə, yazırlar, özü də nəticəsinin nə ola biləcəyini zərrəcə düşünmədən" deyə bildirib.
Müxalifət.az