ABŞ-la yeni böhran astanasında! Türkiyə daxil 8 ölkə ...

Baxış sayı:
8899

ABŞ planlaşdırdığı yeni sanksiya mexanizmini dövrəyə salarsa, Türkiyə daxil, 8 ölkə İranla ticarəti dayandırmaq məcburiyyətində qalacaq. Bu yeni bir böhran meydana gətirəcək.
 
İranın ABŞ dollarını əldə etməsini, dövlət təhvil satmasını, qızıl və digər qiymətli metallar ilə polad, alüminium, kömürümn ticarətini və sərnişin təyyarəsi, ya da parçalarını idxal etməsini əngəlləyən sanksiya paketi ötən il dövrəyə girmişdi.
Bu sanksiya paketi İranı çox çətin vəziyyətdə saldı. İran neft və təbii qaza sahib olduğu üçün ayaqda dayana bildi. Birjadan neft satan İran, raket istehsalı ilə ABŞ sanksiyalarına cavab verdi.
 
Türkiyə baxımından mənfi gəlişmə
 
Amma ABŞ İrana qarşı yeni sanksiyalara hazırlaşır. Bu sanksiyalar Türkiyənin maraqlarına da mənfi təsir edəcək.
 
İNGİLİS QƏZET YAZDI
 
İngilis “Financial Times” (FT) qəzeti ABŞ-ın Türkiyə daxil, 8 ölkəni İran sanksiyalarından azad tutmağa son verməyi planlaşdırdığını yazıb. Qəzet Türkiyənin İranla neft razılaşmalarını ləğv etməsi yolunda təzyiq altında qalacaq ölkələr arasında olduğuna diqqət çəkib.
“Financial Times”-a açıqlama verən yüksək səviyyəli bir Amerika səlahiyyətlisi bu gün Xarici İşlər naziri Mayk Pompeonun məsələ bağlı bir açıqlama verəcəyini təsdiqləyib.
Müxalifət.az