ABŞ-la Türkiyə arasındakı “viza” böhranında YENİLİK

“Viza” böhranı ilə bağlı Türkiyəyə gələn ABŞ nümayəndə heyəti Türk heyəti ilə görüşüb, danışıqlara başladı.
 
Müxalifət.az xəbər verir ki, ABŞ nümayəndə heyəti danışıqlar aparmaq üçün bəzi ön şərtlər irəli sürdüyü üçün görüş təhlükəyə girmişdi və hər an təxirə salınacağı gözlənilirdi. Ancaq Türkiyə ABŞ-ın bu təzyiqini rədd edərək  "Ön şərtləri qəbul etmirik" cavabından sonra danışıqların ön şərtsiz başladığı bildirildi.
 ABŞ-la yaşanan viza böhranı ilə əlaqədar ABŞ Xarici İşlər Nazirliyindən bir nümayəndə heyəti iki gün əvvəl Ankaraya gəlmişdi. ABŞ XİN-in müşavir köməkçisi Conatan Koen-in başçılıq etdiyi nümayəndə heyəti bu gün səhər görüşmək üçün Türkiyə Xarici İşlər Nazirliyinə gəliblər. ABŞ nümayəndə heyəti ilə Xarici İşlər Nazirliyi rəsmiləri arasında danışıqlar başlasa da, ABŞ nümayəndə heyətinin görüş üçün 4 şərt irəli sürməsindən sonra danışıqlar dayanıb. Ancaq Türkiyədəki diplomatik qaynaqlar, "Türkiyənin danışıqlarda ön şərtlərı qəbul etmirik" çıxışı ilə danışıqlar yenidən ön şərtsız başlayıb.
Müxalifət.az