ABŞ-la Türkiyə arasında ön anlaşma - ANKARADAN VAŞİNQTONA HEYƏT DƏVƏT OLUNDU

Baxış sayı:
4618

“Habertürk”-ün verdiyi xəbərə görə, sanksiya qərarı ilə bağlı Türkiyə ilə ABŞ arasında bəzi məsələlərdə ön anlaşma əldə olunub. Diplomatik mənbələrə görə 2 gün ərzində ABŞ-a nümayəndə heyəti gedəcək.
 
Diplomatik mənbələr də, sanksiya qərarı ilə bağlı Türkiyə ilə ABŞ arasında müəyyən məsələlərdə ön anlaşma əldə olunduğunu təsdiqləyib.
Diplomatik dialoq və konstruktiv mövqeyin davam etdirilməsində qarşılıqlı məmnuniyyət dilə gətirilib. Danışıqların üzbəüz görüşlərlə davam etdirilməsi qərara alınıb.
 
2 GÜN ƏRZİNDƏ ABŞ-a NÜMAYƏNDƏ HEYƏTİ GEDƏCƏK
 
Bu çərçivədə ön anlaşmaya varılan müəyyən məsələlərlə bağlı ətraflı danışıqlar aparmaq və prosesi daha da irəli aparmaq üçün Ankaradan bir heyətin iki gün ərzində Vaşinqtona gedəcəyi bildirilib.

Müxalifət.az