​ABŞ-la Səudiyyə Ərəbistanı arasında kritik NÜVƏ RAZILAŞMASI - NATO səviyyəsində yardım

Baxış sayı:
3229

ABŞ ilə Səudiyyə Ərəbistanı arasında hərbi və nüvə sahələrində müqavilələr imazalanıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyə” media orqanı məlumat yayıb.
Məlumata görə, iki ölkə arasında böyük bir ordu və nüvə münasibətlərinə dair razılaşmalar əldə edilib.
ABŞ-ın sabiq Təmsilçilər Məclisi nümayəndəsi Erik Kantor burada qarşılıqlı güvənin rol oynadığını və Səudiyyə Ərəbistanının önəmli strateji müttəfiq olduğunu bildirib. O, ABŞ-ın Səudiyyə Ərəbistanına NATO üzvü olmamasına rəğmən, qarşılıqlı münasibətlərdə imtiyaz tanıyacağını qeyd edib.
Kantora görə, bu münasibət NATO müttəfiqləri ilə bərabər səviyyədədir.