​“ABŞ-la savaş sadəcə zaman məsələsidir”

Baxış sayı:
38

ABŞ-la müharibə sadəcə zaman məsələsidir.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Şimali Koreya Xarici İşlər Nazirliyi yayıb.
“ABŞ-ın Koreya yarımadasında keçirdiyi təlimlər bizdə narahatlıq yaradır. Vaşinqtonun düşmən xarakterli bəyanatlarına başqa cür yanaşmaq olmaz. Bu, Koreya yarımadasında yeni müharibəyə hazırlaşmaqla bağlı xəbərdarlıqdır. Biz müharibə istəmirik, amma ondan da gizlənməyəcəyik. İndi əsas sual bu müharibənin nə vaxt başlayacağıdır”, – deyə bəyanatda bildirilib.