​ABŞ-la Rusiya arasında “buzlar əriməyəcək” - Dmitri Peskov

Baxış sayı:
11275

ABŞ-da keçirilən aralıq seçkilərindən sonra Vaşinqtonla Moskva arasındakı münasibətlərdə ciddi yaxşılaşma gözlənilmir. 
Muxalifet.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ-dakı seçkilərdən sonra jurnalistlərə verdiyi açıqlamasında deyib.
“Böyük əminliklə ehtimal etmək olar ki, üfüqdə Rusiya-ABŞ münasibətlərinin normallaşması üzrə hansısa parlaq perspektiv müşahidə olunmur” – Peskov bildirib.
Qeyd edək ki, ötən gün ABŞ Konqresinə keçirilən aralıq seçkilərdə Nümayəndələr Palatasında 238 yer qazanan demokratlar 8 ildən sonra ilk dəfə respublikaçıları məğlub ediblər. Respublikaçılar isə 197 mandata sahibləniblər. Konqresin yuxarı palatası olan Senatda isə əksinə, 50 mandatla respublikaçılar 41 yer əldə edən demokratları üstələyib.