“ABŞ-la münasibətdə başqa bir yolumuz yoxdur” – Həsən Ruhani

Baxış sayı:
6943

ABŞ-ın müzakirə çağırışlarından sonra İranın prezidenti Həsən Ruhanidən də ilk açıqlama verilib. Ruhani ABŞ-ın peşman olub, müzakirə masasına dönmədiyi müddətcə, İranın seçiminin "möhkəm bir duruş və müqavimət" olacağını söyləyib.
 
Paytaxt Tehranda universitetlərdəki tibb sahəsi üzrə müəllim və həkimlərlə bir araya gələn İran prezidenti Həsən Ruhani, ABŞ ilə müzakirələrə məsələsinə münasibət bildirib.
ABŞ-lıların keçən illərdə İrana bu səviyyədə bir sanksiya tətbiq etmədiyini açıqladığını xatırladan Ruhani, "Bu gün meydana gələn şərtlər hər zamankindən daha çətindir, lakin bu günki xüsusi şərtlərdə seçimimiz möhkəm bir duruş və müqavimətdir. Əgər müqavimətdən başqa bir yol olsaydı onu açıqca elan edərdim, lakin bu gün möhkəm bir duruşdan başqa variantımız yoxdur" deyib.
ABŞ-ın əvvəl İran rejimini "qəbul edilməz" elan etdiyinə, sonra da rejimin xalqın seçimi istiqamətində şəkillənməsi lazım olduğunu açıqladığına diqqəti çəkən Ruhani, "Düşmən bəzən İran ilə müzakirə üçün şərtləri olduğunu və masaya oturmaq üçün İranın əvvəl bunları qəbul etməsi lazım olduğunu açıqlayır, sonra da müzakirə üçün heç bir ön şərti olmadığını vurğulayır" deyə söyləyib.
Müxalifət.az