ABŞ-la Kanada barışdı

Baxış sayı:
3265

ABŞ, Meksika və Kanada hökumətləri ölkələr arasında yeni ticarət sazişinin imzalanması barədə razılığa gələ bilib.

Trend-in məlumatına görə, yeni sazişin əldə olunması ilə bağlı ABŞ-la Meksika arasında razılıq əldə olunsa da, Kanada Vaşinqtonun bəzi şərtləri ilə razılaşmırdı.

Hazırda sazişin təfərrüatları ilə bağlı danışıqlar aparılır. Qeyd olunur ki, yeni saziş 500 milyona yaxın insan üçün yeni iş yerlərinin açılmasına yol açacaq və fermerlər üçün yeni imkanlar yaradacaq.