ABŞ-la İsrail arasında F-16 böhranı

Baxış sayı:
6691

Amerika Birləşmiş Ştatları (ABŞ) rəhbərliyi İsrailin Xorvatiyaya satmağı planlaşdırdığı Amerikan istehsalı 12 F-16 döyüş təyyarəsi ilə bağlı 500 milyon dollarlıq müqaviləni təsdiq etmədiyini bildirib.
 
“Axios” saytına açıqlama verən İsrail rəsmiləri, baş bazir Benyamin Netanyahu ilə ABŞ xarici işlər naziri Mayk Pompeo-nun Brüsseldə görüşdüyünü, Pompeonun müdafiə naziri Mattisin müqaviləyə razılıq vermədiyini çatdırdığını bildirib.
Ancaq İsrail Xorvatiyaya satmaq istədiyi köhnələn F-16-ları inkişaf etmiş İsrail istehsalı elektron sistemlərlə təchiz edib. İsrailin bu həmləsinin Tramp rəhbərliyini hiddətləndirdiyi bildirilir.
Qeyd edək ki, Xorvatiyanın baş naziri Andre Plenkoviç ilə İsrailin lideri Benyamin Netanyahu yanvar ayında anlaşmaya yönəlik bəyanatlar vermişdi. Ancaq ABŞ müqaviləyə qarşı çıxmışdı.
İsrailin Amerikan istehsalı olan təyyarələri Xorvatiya kimi üçüncü bir tərəfə satması üçün hər il müttəfiqinə milyardlarla dollar yardım edən ABŞ-ın təsdiqinə ehtiyacı var.
Müxalifət.az