ABŞ-la İran arasında müharibənin ayaq səsləri: Gərginlik artır

Baxış sayı:
15367

ABŞ və İran arasında artan gərginliklə bağlı açıqlamalar ard-arda gəlir. İran Atom Enerjisi Təşkilatı zənginləşdirilmiş uran istehsalını dörd qat artırdığını bildirib. ABŞ prezidenti Tramp İrana yönəlik sosial mediada yaylım atəşlərinə bu gün də davam edib.
 
İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kemalvendi İranın bu gündən etibarən Natanz Nüvə Mərkəzində 3,67 nisbətindəki uran zənginləşdirmə istehsalını dörd qat artırdığını ifadə edib.
İranlı səlahiyyətli bir neçə həftə içində İranın bu səviyyədəki uran ehtiyatının 300 kiloqramı aşacağını açıqlayıb.
Qeyd edək ki, 2015-ci ildə imzalanan İran Nüvə Razılaşmasının öhdəliyi olaraq Tehran rəhbərliyi əlində 300 kiloqram işlənmiş uran yığıldığında bunu xaricə çıxarmalıydı.
 
60 GÜNLÜK ULTİMATUM VERMİŞDİ
 
Tehran rəhbərliyi 8 mayda ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara təpki olaraq söz mövzusu razılaşmadakı bəzi öhdəiliklərini yerinə yetirməyəcəyini ifadə edərək zənginləşdirilmiş uran ehtiyatını xaricə göndərməyərək ölkə içində mühafizə edəcəyini ifadə etmişdi. İran ayrıca 60 günlük bir müddət içində razılaşmanın iştirakçısı olan ölkələrin istəklərini yerinə yetirilmədiyi təqdirdə, iki öhdəliyini daha yerinə yetirməyəcəyi mövzusunda xəbərdarlıq etmişdi.
Müxalifət.az