ABŞ-la İran arasında müharibə ola bilərmi?

Baxış sayı:
5806

Bu gün ABŞ və İran mətbuatında “ABŞ-İran müharibəsi ola bilərmi” başlığı ilə silsilə yazılır yazılır. Digər dünya dövlətlərinin media orqanları da bu mövzuyla əlaqədar bir çox xəbər dərc edir və prosesi təhlil etdikdən sonra “müharibə ehtimalı nə qədərdir” sualına cavab axtarırlar.
 
“Wox” xəbər saytında gedən təhlil yazısında üç səbəblə müharibənin olmayacağı bildirilir. Yazıya görə, səbəblərdən birincisi, bölgədəki Amerikan əsgərlərinin sayı fövqəladə bir şəkildə çox deyil və müharibə əlamətləri görünmür. İkincisi, Donald Tramp dəfələrlə İranla müharibə istəmədiyini söyləyib. Üçüncüsü isə gərginlik mənbələrinin bəzilərinin söylədiyi səviyyədə yüksək deyil və mühitin qısa müddətdə sakitləşməsi gözlənilir.
“Newsweek”-in yayınladığı yazıda isə dəhşətli bir hərbi gərginliyin addım-addım müharibəyə gətirib çıxaracağı deyilsə də, bu ankı mühitin deyilənlər qədər qaranlıq və təhlükəli olmadığı qeyd edilib.
Yazıya görə, İranla döyüş ehtimalına dair əsas mövzulardan biri Tramp hökuməti içərisində İran siyasəti mövzusunda ciddi bir ixtilafın olmasıdır. Yazı Con Bolton və Mayk Pompeonun Tramp və ətrafındakıların müzakirə oxlu fikirindən fərqli və döyüş yanlısı fikirinə işarə edir. Yazı müəllifi hərbi mütəxəssislərin fikrinə istinad edərək belə yazır: “Ağ Evdə İran mövzusunda bir qarışıqlıq vəziyyəti hakimdir və nə ediləcəyi müəyyən deyil. Ona görə bu vəziyyət İranlı siyasətçilərin gözündən də qaçmır”.
“Fox News”-un hərbi analistlərindən Jim Hanson (Köhnə hərbi və sağçı düşüncə quruluşlarının mütəxəssislərindən) belə yazıb: “İranın hücumları davam edir və Ağ Evin səbri yaxında bitəcək”. İranla müharibə tərəfdarı bu hərbi mütəxəssisə görə, "Amerikan ordusu ilə Səudiyyə Ərəbistanının Yəməndəki Husi qrupuna yönəlik ortaq əməliyyatları Tehrana Amerikanın İrana qarşı qətiyyətli olduğu mövzusunda açıq bir mesaj göndərən hərbi təşəbbüslərdən biridir".
İranla müharibə mövzusundakı əhəmiyyətli yazılardan biri də “Newyorker”-in tanınmış jurnalisti Robin Wright-a aiddir. O, yazısında, son gərginliyin 80-cı illərdəki neft tankeri müharibəsini xatırlatdığını ifadə edir. Wright 80-cı illərdəki bu gərginliyin əhəmiyyətli bir qisimini şəxsən izləmişdi: “Ayətullah Xamneyinin BMT yığıncağı üçün New Yorka gəldiyi zaman ABŞ Fars Körfəzinə mina döşədiyi səbəbiylə "İran Əcr" adlı ticari gəmisinə hücum etmişdi. Wright belə yazır: "Xamneyi kiçik bir jurnalist qrupu ilə etdiyi səhər proqramında ittihamları rədd etdi. Amma nəticə etibarı ilə iki ölkə arasındakı hərbi qarşıdurma Xamneyinin ABŞ-a etdiyi yeganə səfərinə pis təsir etdi".
Onun yazdığına görə, daha sonraları İranlı səlahiyyətlilər İran liderinə o səfər əsnasında yaşanan gəlişmələrin Ayetullah Xamneyinin Amerika mövzusundakı düşüncəsinə ciddi ölçüdə təsir etdiyini söyləyib. Görünən odur ki, Ayetullah Xamneyi "İran Əcr" gəmisinə edilən hücumun onun BMT Baş Assambleyasında edəcəyi çıxışa təsir etmək hədəfiylə reallaşdırıldığına inanırdı.
Robin Wright belə yazır: "İki il sonra Amerikaya əsəbiləşən Ayetullah İran lideri oldu. Dəfələrlə Amerikanın etibarsız olduğunu söylədi. İndi Yapon baş naziri Şinzo Abe ilə görüşməsində söylədiyi kimi".
Müxalifət.az