​ABŞ-la imzalanan müqavilələr ləğv edilsin - Partiya sədri

ABŞ-la imzalanan bütün hərbi müqavilələr yenidən nəzərdən keçirilməli və icrası təxirə salınmalıdır.
Muxalifet.az  xəbər verir ki, bu sözləri Türkiyənin Səadət Partiyasının rəhbəri Temel Karamollaoğlu Tvitter hesabında yazıb.
Partiya rəhbəri Ərdoğanla Trampın görüşü zamanı Türk Hava Yolları üçün alınması nəzərdə tutulan 11 ədəd "Boinq"lə bağlı imzalanan müqavilənin də ləğv edilməsini istəyib.
Karamollaoğlu, eyni zamanda, İncirlik avibazasının fəaliyyətinin dayandırılmasını və ABŞ-la münasibətlərin yenidən nəzərdən keçirilməsini tələb edib.
Qeyd edək ki, ABŞ səfirliyi Türkiyə vətəndaşlarına viza verilməsini qeyri-müəyyən müddətə dayandırıb.